Kamran Əliyev: Beynəlxalq tərəfdaşlarla kibertəhdidlərə qarşı mübarizədə zəruri tədbirlər görülür

Süni intellekt, rəqəmsal və nano texnologiyaların imkanlarından geniş istifadə etməklə tədqiqatların aparılması, iş prosesində reallaşdırılması və bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi fəaliyyətimizin yüksək standartlar səviyyəsində təşkilinə zəmin yaradacaq.

Sabahinfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Konstitusiyasının 30 illiyi münasibətilə "Бакинский рабочий" qəzetinə müsahibəsində deyib.

Baş prokuror qeyd edib ki, müasir texnologiyanın inkişafı fonunda ortaya çıxan və əsasən qlobal internet məkanında inkişaf edən yeni növ iqtisadi cinayətlərə, kibercinayətkarlığa və kibertəhdidlərə qarşı mübarizə imkanlarının genişləndirilməsi məqsədilə aidiyyəti qurumlar və beynəlxalq tərəfdaşlarla zəruri tədbirlər görülməkdədir:

"Rəqəmsal sübutların vaxtında toplanması üçün internet-provayderlər və beynəlxalq platformalardan məlumatların alınması tez-tez sərhədlərarası prosedurlara, saxlanma müddətlərinə və şirkət siyasətlərinə bağlı olur".