Kamran Əliyev bu rayonlara prokurorlar TƏYİN ETDİ

Azərbaycanda 3 rayona yeni prokuror təyin edilib.

Baş Prokurorluqdan Sabahinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmrləri ilə Rahim Səfəralıyev Xızı rayon prokuroru, Kamal Talıbov, Şirvan şəhər prokuroru, Fuad Məmmədov isə Binəqədi rayon prokuroru təyin ediliblər.