Kaxovka SES-i kim partladıb? - Səs yazısı yayıldı

Kaxovka SES-i ruslardan ibarət diversiya qrupu partladıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti rus hərbçilərin səs yazısını əldə edib.

Səsyazmada rus hərbçiləri Ukraynanı bəndlə qorxutmaq istədiklərini, amma partlayışın plana uyğun getmədiyi üçün dağıntının böyük olduğunu söyləyir. Danışıqda rusların nəticələri ört-basdır etmək cəhdləri haqda da danışılır.