Kəlbəcər yenə ATƏŞƏ TUTULDU

Avqustun 21-i saat 09:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Sabahinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb", məlumatda deyilir.