Kəlbəcərdə xidmət edən polis zabiti vəfat etdi

Azərbaycanda polis zabiti dünyasını dəyişib.

Sabahinfo.az xəbər verir ki, 37 yaşlı polis kapitanı Qurban Həsənov xəstəlik səbəbindən vəfat edib.

Mərhum uzun müddət Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində baş inspektor vəzifəsində işləyib.