Kəlbəcərlə bağlı verilən mina məlumatları qeyri-dəqiq, etibarsızdır - ANAMA

Kəlbəcər rayonunun Murov dağları silsiləsi ətrafındakı minalanmış əraziləri əhatə edən məlumatlar əvvəlki kimi qeyri-dəqiq, etibarsız və natamamdır.

Bu barədə Sabahinfo.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib k, Ermənistan tərəfi növbəti dəfə Azərbaycana qeyri-dəqiq mina sahələrinin qeydlərini təqdim edib.

Belə ki, Kəlbəcər rayonunun Murov dağları silsiləsi ətrafındakı minalanmış əraziləri əhatə edən məlumatlar əvvəlki kimi qeyri-dəqiq, etibarsız və natamamdır.