Kəşfiyyat yanılır, Putin bu qoşunu toplaya bilməz!

Ukrayna və Qərb kəşfiyyatı yanılır, Rusiya eyni vaxtda 500 min insanı səfərbər edə və onların növbəti hücuma lazımi hazırlığını təmin edə bilməyəcək.

Sabahinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman deyib.

"500 min nəfərin səfərbərliyi inanılmaz bir şeydir. Əlbəttə, siz maraqlanırsınız ki, görəsən, belə şəraitdə bu qədər insanı yetişdirmək və təmin etmək mümkün olacaqmı? Mən şübhə edirəm: Əgər Putin bu qədər qoşun səfərbər edərsə, onları yerləşdirə və təmin edə bilməyəcək”, - Şerman qeyd edib.

Onun sözlərinə görə, narahatlıq doğuran təkcə səfərbərlik faktı deyil, həm də Rusiya prezidentinin suveren ölkəyə dəhşətli basqın etməklə bu qədər insan həyatını qurban verməyə hazır olmasıdır.