Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında altı ildən artıqdır ki, "Yaradıcı oxucularımız” layihəsi uğurla həyata keçirilir. Layihə çərçivəsində oxuculara Mərkəzi Kitabxananın Fəxri oxucusu Elçin Əsədovun rəyi təqdim olunur.
Dünya ədəbi irsində özünəməxsus yer tutan Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” kitabı oxucular arasında ən çox sevilən kitablardandır. Kitabxananın Fəxri oxucusu Elçin Əsədov kitab haqqında fikirlərini oxucularla bölüşərək qeyd edir ki, əsərin qəhrəmanı gənc Holden qeyri-müəyyən şəxsiyyətdir. O, həm yaşıdları, həm də cəmiyyət tərəfindən yanlış anlaşılır. Romanın sonuna qədər o, həyata qeyri-adi yanaşması ilə oxucunu təəccübləndirməkdən, hiddətləndirməkdən və sevindirməkdən əl çəkmir. O, öz dövrünü qabaqlayan azsaylı insanlar kimi kənara çəkilmiş və marginaldır. Rəyçinin fikrincə o, əsərin sonuna qədər cəmiyyətin qərəzləri ilə, Don Kixot kimi yel dəyirmanları ilə, özünə ironiya və tənqidlə yanaşmağı unutmadan mübarizə aparan çox yetkin və güclü insandır. Bu da özlüyündə oxucunu onun gənc imicinə hörmət etməyə vadar edir.
Müəllif dunya klassik ədəbiyyatının incisi kimi oxunan kitablar sırasına qoşularaq xoş təəssürat yaradan bu kitabı kitabsevərlərə oxumağı tövsiyə edir.
Fəxri oxucunun kitab haqqında rəyi aşağıdakı keçiddə yerləşdirilib:
https://drive.google.com/file/d/1rjMZFtl8T6tRYLdCzedFHy7QZQCxnqYd/view?usp=sharing