Koçaryan Paşinyanı məhkəməyə verdi: 8 min dollar tələb edir

Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu R.Koçaryanın vəkili bildirib.

Qeyd olunur ki, sabiq prezident N.Paşinyandan onun barəsində işlətdiyi fikirləri təkzib etməyi və 8 min dollara yaxın təzminat tələb edir.

Xatırladaq ki, ötən ay N.Paşinyan mitinq zamanı Robert Koçaryan barəsində "2008-ci il mart hadisələrini törədən şəxslər yenidən eyni şeyiləri planlaşdırır" fikrini səsləndirmişdi.