Komitə sədri şəhid övladları ilə görüşdü

Bakıda keçirilən "Texnofest" festivalında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və deputat həmkarları şəhid övladlarının yüksək texnologiyalar sahəsində komandası ilə görüşüb. Bu haqda komitə sədri Tahir Mirkişili öz təəssüratlarını "Facebook" profilində bölüşüb: "Qəhrəman şəhid övladlarının yüksək texnologiyalar sahəsində komandasının layihəsi ilə "Texnofest"də tanış olmaq bir daha qürur hissi oyatdı. Onlar atalarının uğrunda şəhid olduğu ölkəni daha da inkişaf etdirmək üçün səy göstərirlər!

Biz bir ölərik, 1000 doğularıq!"