Komitə sədrindən TƏKLİF: “Minalardan təmizlənmiş ərazilərə əlavə marşrutlar açılsın”

“İşğaldan azad olunmuş və minalardan təmizlənmiş digər ərazilərə də səyahət marşrutları açılsın”.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri millət vəkili Hicran Hüseynova Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında səsləndirib.

Deputat sözügedən məsələ ilə bağlı yüzlərlə qaçqın və məcburi köçkünlərin müraciət etdiklərini bildirib: “Eyni zamanda çox yaşlı insanlarımız var ki, onlar öz ata-baba torpaqlarını görəcəklərini arzulayırlar. İmkan daxilində hər hansı marşrutlar açılsa, bu həmin insanlara dəstək olardı”.