Konstitutsiyanın müəlliflərindən biri vəfat etdi

Rusiya Federasiyası Konstitusiyasının müəlliflərindən biri, “Yabloko” hərəkatının qurucularından hesab olunan Viktor Şeynis vəfat edib.

Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Qanunvericilik Məclisinin “Yabloko”dan olan deputatı Boris Vişnevski məlumat verib.

“Yabloko”nun yaradıcılarından biri, siyasətçi və alim Viktor Leonidoviç Şeynis 92 yaşında vəfat edib. O, Saxarovun silahdaşı, sonra isə “Yabloko”dan Dövlət Dumasının deputatı olub", - B.Vişnevski bildirib.