Kürdəmirdə işıq idarəsinin yeni rəisi sahibkara belə zülm edir - VİDEO

Kürdəmirdən olan sahibkar Şəmi Arzuman oğlu Şəmiyev Kürdəmir Elektrik Şəbəkəsinə yeni rəis təyin olunan Namiq Quliyev və onun əməkdaşlarından şikayətçidir.

Bu mövzuda saytımıza müraciət edən sahibkar ölkə rəhbərindən kömək istəyir. O, müraciətini həm də “Azərişıq” sədri Vüqar Əhmədova ünvanlayıb. 

Ş.Şəmiyev şikayətində bildirir ki, öz hesabına aldığ şəxsi tranformatrın laboratoriyaya aparılaraq yoxlanılmasını tələb edən şəbəkənin əməkdaşlarına izah edə bilməyib ki, qanunla onların nə sahibkarlıq subyektində yoxlama aparmağa, nə də şəxsi tranformatr götürüb harasa aparmağa ixtiyarları yoxdur. 

Sahibkar şikayətində başına gələn hadisə barəsində danışarkən vurğulayır ki, həmin əməkdaşlar onun obyektində yoxlamanı rəisləri Namiq Quliyev tapşırığı ilə yerinə yetirməyə cəhd göstəriblər və bu barədə özləri etiraf ediblər: 

“Mən onlara bildirdim ki, Prezidentin imzaladığı fərmanla sahibkarlıq subyektində 3 il müddətində bu kimi yoxlamalar aparmaq qadağandır. Mənim işıq sərfiyyatına görə heç bir borcum yoxdur, amma onlar qanuna sığmayan əməl törədərək işıqlarımızı kəsdilər. Əvvəlcə mənimlə bazarlığa da girdilər. 1500 manat pul istədilər, sonra 1000-ə, 500-ə enidlər. Onlara bildirdim ki, heç bir pozuntuya yol verməmişəm, sadəcə sizə 200 manat verə bilərəm. Cavabında dedilər ki, onda işığını kəsirik, yönləndiririk get ASAN Xidmətə ödə ağlın başına həlsin. Bu necə qanuni tələbdir ki, 1500 manatdan 500 manata düşdülər. Onların abonenti işığını qəfil kəsməyə ixtiyarları yoxdur. Birincisi abonentin borcu yaranmalıdır və o həmin borcu ödəməyəndə, xəbərdarlıq bildirişindən 3 gün sonra kəsilməlidir. Məim borcum yoxdur, heç bir xəbərdarlıq da almamışam. Bu qədər özbaşınalıq, yekəxanalıq olar?..".

Sahibkar Prezidentdən xahiş edir ki, ona dəyən maddi, mənəvi ziyanın ödənilməsinə nail olmaq üçün bu hadisənin nəzarətə götürülməsinə göstəriş versin. Heç bir yanlışım olmadığı halda mənimlə belə vəhşi rəftar cavabsız qalacağı təqdirdə yolxucu xəstəlik kimi bütün sahələrə yayılacaq. O işıqçılar hər yerdə qaranat yayacaqlar, qaranlıq yaradacaqlar. 

Sahibkar onu da vurğulayıb ki, işıq idarəsinə yeni rəis təyin olunandan onun cavabdeh olduğu sahədə bərbad vəziyyət hökm sürür. Videoda da görünür ki 10 kv xəttin altı yaşıllıqdı, xəttlər sallanır, işığı kəsən əməkdaşın başında qoruyucu yoxdur. Bu problemlərin həllinə çalışmaqdansa, sahibkara zülm edirlər. 

Şəmi Şəmiyev qeyd edib ki, idarəyə yeni rəis gələndən vəziyyət acınacaqlı hal alıb: “Mən haqqımın bərpasını istəyirəm. Bu məmurcuqları boş buraxsan bütün ökəni rəzalətə sürükləyərlər”.

missiya.az