Kürdəmir rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə ödənişsiz hüquqi yardımın göstərilməsi məqsədilə sosial-hüquqi aksiya təşkil edilib.
Milli Məclisin deputatı Əminə Ağazadənin rayon mərkəzindəki deputat ofisində Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.
Aksiyada kollegiyanın vəkilləri tərəfindən vətəndaşlara müxtəlif hüquq sahələri üzrə pulsuz hüquqi yardım göstərilib, Vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, vətəndaşların müraciətləri dinlənilmiş, hər bir məsələyə fərdi yanaşılaraq aidiyyəti üzrə istiqamətləndirilib.