Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin kimliyi məlum oldu - SİYAHI

Kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb.

Sabahinfo.az bildirir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, artıq 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib:

"4000 itkinin müqabilində bu rəqəm azdır. Amma bu başlanğıcdır. Proses davam etdirilir. 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir".

Siyahını təqdim edirik:

İbrahimov Vəliyyəddin Səhləb oğlu
Abdullayev Nurəli Hacıbaba oğlu
Qurbanov Nofəl Nəriman oğlu
Rüstəmov Araz Bağır oğlu
Abbasov Məhərrəm Abbas oğlu
Niftəliyev Adil Kamal oğlu
Qarayev Qafar Qənbər oğlu
Hüseynov Əli Heydər oğlu
Hüseynov Gülverdi Ağahüseyn oğlu
Mikayılov Baba Balakişi oğlu
İsayeva Sənəm Həsən qızı
Əzizov Yusif İsmayıl oğlu
Musayev Mehman Kamal oğlu
Allahverdiyev Şəmsəddin Əvəz oğlu
Məmmədov Əsəd Məmməd oğlu