Laçın-Xankəndi yolu: Aksiya davam edir

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün dinc aksiyanın 39-cu günüdür.

Havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib.

Ənənəvi olaraq bu gün də iştirakçılar səhər tezdən Azərbaycanın Dövlət Himini səsləndiriv, vətənpərvər ruhda mahnılar ifa ediblər.

Qeyd edək kİ, aksiya Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına etiraz olaraq keçirilir.