Laçın-Xankəndi yolu: Xarici jurnalistlər aksiya yerində 

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 33 gündür ki, davam edir.

Sabahinfo.az xəbər verir ki, aksiyanın 33-ci günündə hava hərarətinin -10-12 dərəcə olmasına baxmayaraq aksiyada iştirakçılar etirazlarını davam etdirirlər.

Bu gün xarici media əməkdaşları Laçın yolundakı aksiyanı işqılandırmaq üçün əraziyə gəliblər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.