Laçın-Xankəndi yolunda aksiya davam edir

Azərbaycanlı eko-fəalların, ictimaiyyət nümayəndələrinin Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasından 37 gün keçir.

Sabahinfo.az-ın iştirakçılara istinadən məlumatına görə, havanın şaxtalı və qarlı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib.

Adəti üzrə, iştirakçılar bu səhər də Azərbaycanın Dövlət Himnini səsləndiriərək, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Qeyd edək ki, aksiya Qarabağda yerləşən faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına etiraz olaraq keçirilir.