Lerikdə axtarışda olan şəxs ƏLƏ KEÇDİ: Oğlu ilə birgə polisə xəsarət yetirdi

Lerikdə axtarışda olan şəxs saxlanılıb, oğlu yaba ilə polisə xəsarət yetirib.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verlib.

Bildirilib ki, iyunun 17-si saat 12 radələrində Lerik rayonunun Zərdəbərə kəndində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o və yanında olan oğlu Ruslan tabesizlik göstərib, yaba ilə onlardan birinə xəsarət yetiriblər.

Buna baxmayaraq, polis əməkdaşları tərəfindən V.Əliyev saxlanılıb, oğlu Ruslan hadisə yerindən qaçsa da tutulması təmin edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.