"Lotu Quli" ölməyib?

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun qəbirüstü abidəsi hazırlanıb.  N.Səlifovun məzar daşı onun ildönümü ərəfəsində tamamlanıb. Qeyd edək ki, “Lotu Quli” ötən il avqustun 20-də Antalyada oteldə şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalmış, başından 4 güllə yarası almışdı. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı. Mərhum İstanbulun Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb.

Diqqət çəkən məqam isə ondan ibarətdir ki, abidədə N.Səlifovun anadan olduğu tarix göstərilsə sə ölüm tarixi qeyd olunmaylıb. Bu isə bir sıra sualların meydana gəlməsinə şərait yaradır.