Malik Həsənov seçicilərlə görüşüb

Aprelin 19-da Milli Məclisin deputatı Malik Həsənov Cəlilabad rayonunda Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti görüşünü keçirib.

Görüşdə seçicilərlə onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Millət vəkili Malik Həsənov dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində bölgələrimizin, kənd və qəsəbələrimizin   inkişafından, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan,  vətəndaş məmnunluğunun artırılması üçün görülən işlərdən geniş bəhs edib.  Bildirib ki,  dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. Görülən işlərdə də əsas məqsəd insanların rahat yaşayışını təmin etmək, onların irəli sürdükləri bütün  təkliflərin təsdiqlənən Dövlət proqramlarında əksini tapmasına və gündəmə gətirilən hər bir  məsələnin həllinə nail olmaqdır.

Deputat Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində hazırda paytaxt və bölgələr arasında fərqin tamamilə aradan qaldırılmasından  böyük məmnunluq hissi ilə  danışıb.

Seciciləri narahat edən məsələlərin bir qismi yerindəcə  öz həllini tapıb. Digər qisminin həlli ilə bağlı  aidiyyatı  qurumlara müraciət ediləcəyi bildirilib.

Seçicilər dövlətimizin hər addımında insan amilinin öndə olmasından razılıqlarını ifadə edib, dövlət başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.