Media və Mülki Cəmiyyət İctimai Birliyi “Dini radikalizmin doğurduğu təhlükələr” adlı sənədli film çəkilişinə start verdi

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Dini radikalizmə qarşı mübarizədə maarifçilik tədbirləri” mövzusunda yeni layihəyə start verib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

X.Əhmədov bildirib ki,  iyul ayının 1-dən start verilən layihə sentyabrın 30-da yekunlaşacaq. Layihədə gənclərin ifrat dini ideologiyaların və zərərli dini ideyaların təsiri altına düşməməsinə və dini radikal ekstremizmə qarşı mübarizədə dini maarifləndirmə tədbirlərinin təşkili nəzərdə tutulur.                                                                         

Təşkilat sədri onu da qeyd edib ki, layihə çərçivəsində “Dini radikalizmin doğurduğu təhlükələr” adlı sənədli film çəkiləcək və Bakı şəhərində və Lənkəran şəhərində filmin geniş təqdimatı keçiriləcək. Filmdə gənclərin ifrat dini ideologiyaların və zərərli dini ideyaların təsiri altına düşməməsi üçün zərərli dini cərəyanların və destruktiv təriqətlərin mahiyyətindən danışılacaq və onların təbliğat metodları haqqında məlumatlar veriləcək. Dini ekspertlərin, millət vəkillərinin, QMİ nümayəndələrinin iştirakı ilə hazırlanacaq bu sənədli film Azərbaycan və ingilis dillərində olacaq.