Məhkəmə “Abzas media” işinə görə saxlanılan jurnalistlə bağlı QƏRAR VERDİ

Məhkəmə “Abzas media” işi çərçivəsində saxlanılan jurnalist Elnarə Qasımova haqqında qərar qəbul edib.

Sabahinfo.az xəbər verir ki, Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.