"Məlum oldu ki, əmr Vaşinqtonda gəlib, Fransanı verdilər qabağa"

“Minsk qrupunun həmsədri kimi Amerikadan danışmaq istəmirəm”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 21 noyabr tarixli iclasında deputat Ziyafət Əsgərov deyib

“Ancaq Amerika hər zaman deyir ki, Azərbaycan bizim strateji partnyorumuzdur. Adam strateji partnyoruna belə oyun edərmi? Azərbaycan öz ərazisini işğaldan azad edir. Biz bu ərazilərdə hansı cinayətlərin baş verdiyini gördük. Ermənistana heç bir təyziq olmadı. Əksinə bizə təzyiq oldu ki, azad ertmişik. Azərbaycan Qafqazın ən güclü ölkələrindəndir, torpaqlarını azad etməsin? Yox, çünki sən müsəlman ölkəsisən, Türkiyə ilə Şuşa müqaviləsi bağlamısan. Zəngəzur dəhlizi ən çox Ermənistanın xeyrinədir. Sonra sülh müqaviləsini bağlamaqdan boyun qaçırdılar. Məlum oldu ki, bu əmr Vaşinqtonda gəlib. Yalandan Fransanı verdilər qabağa, gördülər o da bir şey edən deyil. Nə istəyirsiniz bizdən? Biz müharibəni kişi kimi apardıq. Beynəlxalq hüququ bizim üçün məhdudiyyətə çevirmisiniz. Bizim müharibəmizdə heç bir mülki vətəndaşın burnu qanamadı. Qırmızı Xaç Cəmiyyəti, ABŞ da dedi ki, burda heç bir etnik təmizləmədən söz gedə bilməz. İndi niyə belə edirlər? Bunlarda o qədər islamafobiya formalaşıb ki, müsəlman dövlətlərinin əleyhinədirlər. Biri müsəlman, biri xristian doğulub bu onun günahıdır? Beynəlxalq hüquq ona görədir ki, slüh içində yaşayaq.  2010-cu ildə Berlində NATO-nun Parlament assambleyasında idik. Biz hər zaman Qarabağ məsələsini müzakirə edirdik. Deyirdilər ATƏT-i Minsk qrupu məşğul olur və s. Sonra bizim oranın prezidenti ilə söhbətimiz oldu, dedik bəs beynəlxalq hüquq hanı? Dedi ki, siz universitetdə  işləyirsiniz, beynəlxalq hüquq ancaq kitablarda olur. Biz bundan sonra nə deyə bilərdik?”, - deyəqeyd edib.