"Məmmədbağırın adını zir-zibillərin yanında çəkməyin" - Elza Seyidcahan

"Müğənnilər özbək, fars, türkmən ritmlərini qarışdırıb mahnı oxuyurlar. Həmin musiqilərə qulaq asanlar isə olurlar "manqurt". Ümumiyyətlə, onları qınamaq lazım deyil. Onlar haqda danışmaq və müzakirə etmək belə artıqdır".

Sabahinfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Tarixin bir günü" verilişində deyib.

Müğənni mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin adının bayağı mahnı ifaçılarl ilə çəkilməsinə əsəbiləşib:

"Məmmədbağır Bağırzadə özü başqa bir məktəbdir. O, Qarabağ yox, sırf Bakı muğam məktəbidir. Məmmədbağır özü bir dahi sənətkardır. Onun adını bəzi zir-zibillərin yanında çəkməyin. İndi zir-zibillər dolub səhnəyə. Çünki bəzi cibində pul olanların başlarında musiqi yoxdur. Bəziləri cibə oxuyurlar".