Məşhur tərbiyəçi zorakılığa məruz qalan uşağın xalasıdır 

Sabahinfo.az saytı sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülərlə bağlı araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, hadisə həqiqətən İsmayıllı rayonunda yerləşən 1 Saylı körpələr evi-Uşaq Bağçasında baş verib. Hadisədə təqsirli bilinən tərbiyəçi isə zorakılığa məruz qalan uşağın xalasıdır. Məlumata görə, uşağın valideynləri məsələdən hali olsalar da şikayətçi deyillər. Bununla yanaşı bağça rəhbərliyi tərbiyəçiyə töhmət verib. Hazırda onun işdən uzaqlaşdırılması məsələsi müzakirə olunur. 

Qeyd edək ki, tərbiyyəçi belə bir video çəkməklə bu videonu onun validenylərinə göndərmək istəyib. 

Daxili İşlər Nazirliyindən mələsə barəsində açıqlama yayılıb. Məlumata görə, İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır.

Üç yaşlı usağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.

Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir.