Mikayıl Cabbarov Patrik Puyanne ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə o öz profilində paylaşım edib.

Bildirilib ki, Patrik Puyanne ilə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən birgə layihələr və bərpa olunan enerji istehsalı üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.