Millət vəkilindən sual: "Fransanın istəyi nədir?"

Hörmətli xanım sədr, hörmətli deputatlar.

Xatırlatmaq istərdim ki, Bir müddət öncə Fransa xarici işlər naziri Ketrin Kolonna "Dağlıq Qarabağı" anklav adlandırmışdır. Birinci, Azərbaycanda belə bir region mövcud deyil. İnincisi, belə yanaşma Azərbaycanın ərazi bütövlüyünü aşkarcasına və riyakarcasına şübhə altına salmaqdır.  Azərbaycanın iradəsi ilə başladılan sülh gündəliyi öz aktuallığını saxlayır,  Fransa isə hər vasitə ilə proseslərdə özünün iştirakını təmin etmək istəyir. Sual olunur,  Fransanın məqsədi nədən ibarətdir?  Onun məqsədi regionda gərginlik yaratmaqdan ibarətdir. Bunu dəqiq sübut edən məqamlardan biri ondan ibarətdir ki, Fransa Ermənistandakı səfirliyinə yeni hərbi atteşe təyin etmək ərəfəsindədir. Onun fəaliyyəti əsasən Ermənistanı yeni Fransa silahları ilə təmin etməkdən ibarət olacaq.  Fransanın bu davranışları ümumilikdə Aİ-nin maraqları və yanaşmaları ilə ziddiyyət təşkil edir.  

Bu baxımdan,  Avropa ölkələrinə də Fransaya yerini göstərmələri üçün çağırış etmək lazımdır.

Elşad Mirbəşiroğlu,

Milli Məclisin deputatı