Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət edib.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı "Dünya azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında" qərar layihəsi parlamentin payız sessiyasının sonuncu iclasında müzakirəyə çıxarılıb.

Müraciəti Milli Məclisin deputatı Nurlan Həsənov oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.