Milli Məclis Erkin Qədirlinin məsələsini araşdıracaq

Ötən gün deputat Erkin Qədirli Azərbaycanda demokratik seçkinin mövcud olmadığını bildirib.

Sabahinfo.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı Unikal.az-a açıqlamasında bunun kifayət qədər əsası olmayan, Azərbaycanda keçirilən seçkilərə böhtan atmaq xarakteri daşıyan bəyanat olduğunu bildirib.

"Mən bunu qınayıram. Onun fikirlərini rədd edirəm, çünki bunun əsası yoxdur. Bu açıqlamanı böyük rəqabətlə və çətinliklə Milli Məclisin deputat mandatını qazanan millət vəkillərinə atılan böhtan kimi qiymətləndirirəm.

Məsələ Milli Məclisin rəhbərliyi tərəfindən araşdırılacaq. Əgər ehtiyac yaranarsa və bununla bağlı Milli Məclisin İntizam Komissiyasına müraciət olunarsa, komissiya bu məsələyə baxaraq öz qərarını qəbul edəcək", - deyə o qeyd edib.