Milli Məclis TürkPA ilə bağlı sənədi ratifikasiya edəcək

Milli Məclis Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilməsi barədə sənədi ratifikasiya edəcək.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə” layihəyə əsasən, təşkilat Türk Dövlətləri Parlament Assambleyası adlanacaq.