Milli Məclis üçün yeni avtomobillər alınıb

2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulub.

Sabahinfo.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin işlər müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. 

F.Hacıyev əlavə edib ki, 2023-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsaiti hesabına Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobillər alınıb istismara verilib.