Milli Məclisdə yeni qrup yaradıldı

Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Azərbaycan Respublikası Milli Məclisində yeni qrup yaradılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, dəstək qrupunun məqsədi Korsika xalqının haqlı tələblərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Fransa müstəmləkəçiliyinin dağıdıcı təsirlərinə qarşı mübarizəsi uğrunda beynəlxalq səylərin birləşdirilməsidir.

Qrupa Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Şahin İsmayılov və Azər Kərimli daxildir.