Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Dəmirçilər kəndindən olan mülki şəhid Müzəffər Əli oğlu Əliyevin ailəsini ziyarət edib.
Millət vəkili şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib. O bildirib ki, şəhidlərin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir: “Ölkəmizdə bu kateqoriyadan olan şəxslərə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik”.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
