Milli Məclisin deputatı Elnur Allahverdiyev seçiciləri qəbul etdi - FOTOLAR

Sabahinfo.az xəbər verir ki,Millət vəkili Elnur Allahverdiyev bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının qərargahında bir qrup seçiciləri və həmim rayonun sakinləri ilə növbəti görüşünü keçirib.

Qəbulda iştirak edən sakinlərimizin qaldırdıqları problemlər həmişəki kimi müxtəlifdir: məşğulluq, sosial təminat, təhsil, kompensasiya, hüquqi yardım və s. Qarşıdakı aylarda "Sovetski" kimi tanıdığımız ərazidə yeni tikinti işlərinin aparılması ehtimalı ətrafında ictimai rəydə, sakinlər arasında müzakirələr getdiyindən bu məsələ hər zamankı kimi aktuallığını saxlayır və seçicilərimizi maraqlandırır.

Qaldırılan bəzi məsələlərin həlli qanunvericiliklə nəzərdə tutulmayıb. Belə hallarda sosial tərəfdaşlara müraciət etmək lazım gəlir. Fikrimcə, seçici problemlərinin həlli üçün işlək mexanizmlərdən biri də budur. Qarşıdakı günlərdə qaldırılan məsələlərdə sakinlərimizə yardımçı olmağa çalışacağıq.