Milli Məclisin komitə sədri Astarada görüş keçirib

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının inzibati binasında şəhid ailələri, qazilər və seçiciləri ilə görüşü keçirib.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərovun da iştirak etdiyi görüşdə vətəndaşların şikayət və təklifləri dinlənilib.

Onları narahat edən məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, problemlərin bir hissəsi yerindəcə öz həllini tapıb.