“Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində  növbəti videoçarx təqdim olunur  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında növbəti videoçarx təqdim olundu. Vətən üçün canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Onların mübarizəsi, Vətən sevgisi gənclərimiz üçün örnəkdir. Növbəti beşinci videoçarxda şəhidlərimiz haqqında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri verilmişdir. Videoçarxda Milli Qəhrəmanlar Əjdər Babayevin, Əli Məmmədovun, Sərdar Səfərovun, Əsəd Əhmədovun, Hidayət Rüstəmovun, Fərhad Ağayevin, Arif Qədiməliyevin, Elnur Nuriyevin igidliyi və şərəfli döyüş yolu, onların təltifləri və xatirələrinin əbədiləşdirilməsi haqqında məlumatlar verilir.     Videoçarxdakı Milli Qəhrəmanlardan dörd nəfər  Birinci Qarabağ müharibəsində, bir nəfər Gəncə şəhərindəki qiyam yatırılan zaman (1994), üç nəfər 13-17 mart (1995) tarixlərində dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qəhrəmanlıq göstərmişdilər. Videoçarx kitabxananın

YouTube kanalında nümayiş olunur: https://www.youtube.com/watch?v=NxynbTzhF4c