"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə "Yaşıl Ailə: İnklüziv İrs və dayanıqlı Gələcək" layihəsi çərçivəsində Mingəçevir şəhərində maarifləndirici tədbir keçirib.
"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə "Yaşıl Ailə: İnklüziv İrs və dayanıqlı Gələcək" layihəsi çərçivəsində Mingəçevir şəhərində Ulu Öndərin abidəsini ziyarət etdikdən sonra, Gənclər Evində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Şükürov , "AQRC"İ.B. Mingəçevir Şəhər Təşkilatının sədri Adilə Cəlilova, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımova, ekspert "Ekoloji Maarifləndirmə və Monitorinq İ.B.sədri Qəmzə Yusubova, şəhid anaları, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə Tədbiri açan İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Şükürov qonaqları salamlayıb, şəhərdə gedən quruculuq işlərindən qısa məlumat verib, uğurlar dilədi. Adilə Cəlilova bildirib ki, "AQRC"İ.B. Mingəçevir Şəhər nümayəndəsi olaraq dəfələrlə maarifləndirici, xeyriyyəçilik və digər tədbirlər keçirib.Bu günkü tədbirin mövzusu isə aktuallığı ilə seçilir. "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımova layihənin keçirilməsində əsas məqsədin təbii sərvətlərin qorunması və davamlı inkişaf prinsipləri əsasında ailə və icma səviyyəsində ətraf mühitə qarşı məsuliyyətli yanaşmanın təşviq edilməsi, inklüziv və bərabər imkanlar təmin edən sosial inkişafın təmin edilməsini vurğulayıb.
Mövzu ilə bağlı "Ekoloji Maarifçilik və Monitorinq "İ.B..sədri Qəmzə Yusubova mövzu ətrafında geniş məlumatlar verdi.Bu gün Yaşıl ailə dedikdə nəyi nəzərdə tuturuq, inkluziv irs nə deməkdir, dayanıqlı gələcək uğrunda mübarizə gələcək nəsillərin təminatına yönələn konsepsiyadır, deyərək, auditoriyanı maraqlandıran sualları da sonda cavablandırıb.Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçisi Mabud Nəsibov,Təşkilatın şöbə müdiri Yaqut Hüseynova, şəhid anası Ümmü İbrahimova və digərləri çıxışlarında mövzunun aktuallığını qeyd etdilər. Eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar ,bloknot və qələmlər paylanıldı.
Sonda İcra Hakimiyyətinə yaratdığı şəraitə görə təşəkkür bildirildi.
Görüşdən sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qonaqları qəbul etdi.Şəhərdə gedən iqtisadi inkişafdan,keçirilən tədbirlərdən , xüsusilə Şəhid ailələrinə və qazilərə göstərilən qayğıdan məlumatlar verdi.Bu gün ictimaiyyətçi, Vətənini ,xalqını sevən Qadın Təşkilatlarının daha fəal olmağına ehtiyac olduğunu vurğuladı.
Tədbirdə qaldırılan bir neçə məsələ haqda məsul işçilərə tapşırıqlar verdi.
Tədbirin yüksək səviyyədə keçirilməsində zəhməti olan hər kəsə təşəkkürümüzü bildiririk.