Möhkəm Nazirlər Kabineti lazımdır - Ziyafət Əsgərov

“Biz fevralın 14-də cənab prezidentin and içmə mərasiminin şahidi olduq”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında deputat Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycanın gələcəyi haqqında çox nikbin mesajlar verildi:

“Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycana çox güclü baş nazir lazımdır. Əli Əsədov iqtisadiyyatı çox gözəl bilir, 5 illik baş nazir fəaliyyəti onu göstərdi ki, yerində olan addımdır. Əli müəllimin yenidən baş nazir seçilməsinə razılıq versək, Azərbaycan xalqının rifahı üçün yenidən şərair yaratmış olarıq. Çox möhkəm Nazirlər Kabineti lazımdır, onun başında Əli Əsədovun olması yerində olar”./bakivaxti.az