Müasir ordu quruculuğu hərbi gücün artırılmasını tələb edir

Milli təhlükəsizlik və müdafiə məsələlərinə öncüllük verilməsi səbəbindən 2026-cı ilin büdcə zərfini həm də təhlükəsizlik büdcəsi olaraq səciyyələndirə bilərik. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  2026-cı ilin büdcə zərfinin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov deyib.

"Ölkəmizin əmin-amanlığı, vətəndaşlarımızın təhlükəsizliyi, müdafiə qabiliyyətimizin gücləndirilməsi, müasir ordu quruculuğu prosesinin hələ davam etməsi büdcə vasitəsilə hərbi gücün artırılmasını tələb edir", - komitə sədri bildirib.