Müdafiə Nazirliyi Ordunun ötənilki təlimləri ilə bağlı say açıqladı - RƏQƏMLƏR

Azərbaycan Müdafiə Nazirliyi 2023-cü il üzrə icmal yayımlayıb. 

Sabahinfo.az-ın məlumatına əsasən, icmalda bildirilir ki, Azərbaycan Ordusu 2023-cü il ərzində 261 taktiki təlim keçirib. 

Bundan başqa 8 taktiki uçuş təlimi, 7 gəmi-döyüş təlimi, 4 komanda-qərargah səfərbərlik təlimi keçirilib. 

Bildirilib ki, Azərbaycan Ordusu ölkə ərazisində və digər ölkələrdə 21 beynəlxalq təlimdə iştirak edib.