"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya həyat yoldaşı ilə müharibə başlayandan iki ay yarım müddətində görüşmədiklərini bildirib.

Sabahinfo.az xəbər verir ki, Yelena Zelenskaya bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin andiçməsinin 3-cü illiyi ilə bağlı verdiyi müsahibəsində deyib.

"Rusiyanın irimiqyaslı hərbi əməliyyatı başlayandan sonra biz bir neçə ay yalnız telefonla əlaqə saxlamışıq", - deyə o bildirib.