Münasibətlər qarşılıqlı etimad əsasında daha da genişlənəcək

Azərbaycana dünyanın əksər dövlətləri həmişə ehtiram göstərib. Müstəqil dövlət kimi Azər­bay­canın xarici siyasəti bu dövlətlərin də xarici siyasəti ilə qarşılıqlı ehtirama, inama əsaslanıb. Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandıqdan sonra dövlətlərarası mü­na­si­bətlər daha da möhkəmləndi.

Azərbaycanla Slovakiya arasında dövlətlərarası mümnasibətlər də həmişə qarşılıqlı etimada və qarşılıqlı ehtirama əsaslanıb. May ayının 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri bu münasibətlər müstəvisində daha da yaxınlaşmanın, qaşılıqlı münasibətlərin daha da genişlənməsinin təsdiqi kimi tarixləşdi. Səfər çərçivəsində strateji tərəf­daş­lıq haqqında imzalanan Birgə Bəyannamə çox ciddi siyasi bir sənəddir, əlaqələrin ən yüksək səviy­yə­də olduğunun göstəricisidir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr hər iki dövlətin maraqlarını da əks etdirir, miyyətlərini də göstərir. Digər tərəfdən, gələcək əmək­daş­lığın perspektivlərini də müəyyən edir.

İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il mart ayının 18-də Slovakiya Respublikasına səfəri qarşılıqlı münasibətlər üçün ən etibarlı zəmin oldu.  

Azərbaycanda fəaliyyət göstərən Slovakiya şirkətləri Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq et­mək­də daha çox maraqlıdır.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” da imzalandı. Bu sənəd də dövlətlərarası münasibətlərin yaxşılaşması baxımından olduqca gərəkli sənəddir. “Azərbaycan Respublika­sı­nın Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” dəyişən dünyada sülhün qorunmasına zəmanət baxımından da əhəmiyyətlidir.

Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı etimad əsasında daha da genişlənəcəkdir.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı