Musa Quliyev Gəncədə seçicilərilə

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyevin oktyabrın 18-də Gəncədə seçicilərlə növbəti görüşü olub.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən, məşğulluq, əlilik, pensiya təminatı, müalicə ilə bağlı olub. Seçicilərini diqqətlə dinləyən millət vəkili qaldırılan problemlərin bir hissəsinin yerindəcə həll olunması üçün müvafiq qurumlarla əlaqə saxlayıb.

Digər qrup problemlərlə əlaqədar şikayətçilərin ərizələri qəbul edilib və müvafiq mərkəzi icra orqanlarına yönləndiriləcək. Musa Quliyev həm də Gəncədə Şəhidlər xiyabanını ziyarət edib, onların məzarlarına gül dəstələri qoyub.