Müzəffər Ordumuzun uğurlu inkişaf konsepsiyası

104 illik tarixə malik olan Azərbaycan ordusu bu gün dünyaynın ən güclü və nizmlı ordularından biridir. 44 gündə qəhrəmalıq dastanı yazan, müsair hərb sənətinə yeniliklər gətirən Azərbaycanın silhalı qüvvələri bizi həm də “uduzmuş xalq”sindromundan qutardı. Bu gün alnımız açıq, başımız dikdir. Milli silahlı qüvvələrimiz böyük inkişaf tarixi 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılması ilə başlamışdır. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi.    Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər böyük tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin  70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Müasir Azərbaycan ordusunun bünövrəsi qoyuldu. İkinci dəfə hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi, Silahlı Qüvvələr quruculuğu istiqamətində  aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu sənəd həm də varislik prinsipini özündə əks etdirirdi.  Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə1999-cu ilə Hərbi Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə  bu siyasət daha da gücləndirilərək qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.  Aparılan  ardıcıl islahatlar sayəsində gündən-günə möhkəmlənən Azərbaycan Silahlı Qüvvələri bu gün  təkcə ölkədə deyil, beynəlxalq səviyyədə də yüksək nüfuz qazanmışdır.  Ölkə başçısının təşəbbüsü sayəsində Azərbaycanın hərbi büdcəsi ildən- ilə artır, istehsal olunan hərbi sursat və silahlarımız dünya miqyasında tanınır. Rəşadətli əsgərlərimiz yenilməz mətanətlə hər bir Azərbaycan ailəsinin, qadınının və uşağının əmin-amanlığının, sakit həyatının keşiyində dayanır. Hərbiçilərin, şəhid və veteranların, onların ailələrin rifahı və sosial müdafiəsi  cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətindədir. Bütün güc strukturlarının, o cümlədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə bütün imkanlar yaradılır.  

 Dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuz gündən-günə inkişaf edir, güclənir.  Aprel döyüşləri, Günnüt zəfəri, keçirilən hərbi paradlar bu inkişafın, tərəqqinin  əsasını qoydu və 2020-ci ildə 44 gün Vətən Müharibəsi  Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin qəhrəmanlığı hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Vətənpərvər Azərbaycan əsgərinin cəsarəti, döyüş məharəti, yerinə yetirdiyi  tapşırıqlarda sərgilədiyi diqqəti beynəlxalq hərb institutıarı, akademiyalarının tanınmış mütəxəssisləri tərəfdən öyrənilir. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Hicran Hüseynova 

Milli Məclisin deputatı