Namiq Xıdırovla bağlı daha bir İDDİA... - Bu adamı durduran olacaqmı?

Redaksiyamiza Cəlilabad və Masallı sakinlərindən qəribə bir şikayət məktubu daxil olub.
Sözü gedən şikayəti sizə təqdim edirik:

Yazıb sizə bildiririk ki, 29.10.2021-ci ildə Meşələrin İnkişafı Xidmətinin Masallıda Regional Meşə Təsərrüfatı Mərkəzində işçilərin peşə səviyyəsinin yoxlanması üçün keçirilən "attestasiya"nı saxtalaşdırıblar.
Neçə olur ki, meşə anlayışı olmayan və Əmək Məcəlləsindən bir maddə belə bilməyən 20 və ya 30 dan çox sualı düzgün yazıb. Ali təhsilli, savadlı meşəçilər belə 30 dan çox suala düzgün cavab yaza bilmirlər.

Neçə olur ki, 2019-ci il də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində keçirilən attestasiyada sualların cavablarını ümumi elan edirdilər.

29.10.2021-ci ildə keçiriləndə isə tam əksinə olaraq cavabları demək üçün, işçiləri bir-bir qəbul edib sualları cavablarını deyiblər.

Attestasiyada ümumi 40 sual olur. 20-dən çox düz cavab yazan keçir, 10- dan aşağı yazan isə keçə bilmir

Sözügedən attestasiya saxtalaşdırılıb.
 //azinfo.tv//