Naxçıvanda yol qəzalarında 24 nəfər ölüb

Bu ilin doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikasında 56 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 24 nəfər həyatını itirib.

Sabahinfo.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov deyib.

Onun sözlərinə görə, aparılan təbliğat işlərinə baxmayaraq, muxtar respublikada 9 ayda baş verən yol qəzaları nəticəsində 61 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.