Nazir ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrindən DANIŞDI

Sertifikasiya nəticəsinə əsasən bildik ki, ibtidai sinif müəllimlərimizin orta məktəb proqramını kafi dərəcədə bilir.

Sabahinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.

O bildirib ki, onların bir hissəsinin nəticəsi yaxşıdır.

“Hər birimiz müəllimin fəaliyyətindən aslıyıq. Müəllimlərimizin əsaslı şəkildə dəstəyə ehtiyacı var”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.