Nənə xəstə nəvəsinin özünü və ata-anasını “öldürdü”: “Həyətlərində iki ev və maşınları da var”

Nənə nəvəsinin Bərdədə klinikaların birində öldüyü ilə bağlı saxta informasiya verib.

Bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. 

“11 yaşlı uşaq sağ-salamatdır, ata və anasının yanındadır. Qadın uşağın ata-anasının rəhmətə getdiyini qeyd etsə də, sağdırlar. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi. Yəqin, azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş.

Özünü yazıq biri kimi təqdim edən qadın, sadəcə, dilənçiliyi, insanları aldadaraq pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində iki ev və maşınları da var”, - deyə o qeyd edib.(oxu.az)