Nərimanov bələdiyyəsindən bövbəti layihə

"Nərimanov Bələdiyyəsi hər daim vətəndaş məmnunluğunun təmin edilməsinə çalışır. Məhz bu məqsədlə sakinlərlə keçirilən səyyar görüşlərdə qaldırılan məsələləri daim diqqətlə yanaşır və maliyyə imkanları çərçivəsində həllinə çalışır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, sakinlərin müraicəti əsasında bu günlərdə rayonun Y.V.Çəminzəmənli küçəsi 61 ünvanında asfalt örtüyünün çəkilməsinə başlanılıb.

Bələdiyyə iclasının qərarı ilə həyata keçirilən layihə artıq başa çatdırılıb. Küçənin bir hissəsində həm də təmizlik işləri aparılmışdır.

Sədr qeyd edib ki, Nərimanov Bələdiyyəsinin iclaslarında müzakirəyə çıxarılan məsələlərin böyük bir hissəsi məhz sakinlərin qaldırdığı problemlərin həlli ilə bağlı olur.

Təmraz Tağıyev qeyd edib ki, Nərimanov Bələdiyyəsi olaraq əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir.